Ads by Google

hightechnic
Ads by Google

EB3356A2-A9BF-48A4-97D5-FDA3E8BFEF4C_cx0_cy20_cw50_mw1024_s_n_r1Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları siyahısına daxil edilib.

Ən nüfuzlu 500 müsəlmanın adı olan növbəti siyahı (“The Muslim 500-2016”) Corctaundakı müsəlman-xristian Anlaşma Mərkəzinin dəstəyi ilə Əmmanın kral islam strateji araşdırmalar mərkəzi tərəfindən tərtib olunub.

Prezident İlham Əliyevlə yanaşı, ən nüfuzlu müsəlmanların reytinq siyahısına
Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə və xanəndə Alim Qasımov da daxil olub.

Eyni zamanda, “The Muslim 500-2016” siyahısına İordaniya kralı II Abdullah, Qahirənin “Əl-Əzhər” Universitetinin imamı Şeyx Əhməd Məhəmməd əl-Tayyib, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhammədov, Tacikistan prezidenti Emomali Rəhmon daxildir.

Qeyd edək ki, siyahı 2009-cu ildən başlayaraq hər il nəşr olunur(report).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."