İlham Əliyev Ərdoğana başsağlığı verdi

Müəllif: Redaktor

Editor

87357Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyədə baş verən terror aktı ilə bağlı başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi.

Türkiyə xalqı əmin ola bilər ki, bu terror hadisələrini törədənlər heç vaxt öz çirkin məqsədlərinə çata bilməyəcəklər.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”(qafqazinfo)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır