www.sinerjipro.net

SinerjiProWide
Reklam

ilham eliyev erdoganla gorusduAprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulandı. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulandı və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 119
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."