!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev gürcüstanlı həmkarını təbrik etdi

!Reklam – Yazi

ilhamaliyevagaahjassm0Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələr, strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlər məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı enerji və nəqliyyat layihələri, daim genişlənən humanitar əlaqələrimiz tərəfdaşlığımızın mühüm amillərindəndir.

İnanıram ki, dostluq və mehriban qonşuluq ənənələrimizə sadiq qalan xalqlarımızın iradəsi ilə Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da öz dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və rifah arzulayıram”.

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv