İlham Əliyev ISESCO-nun baş direktoruna “Dostluq” ordeni təqdim edib

İlham Əliyev ISESCO-nun baş direktoruna “Dostluq” ordeni təqdim edib

Müəllif: Redaktor

Baş Redaktor

97f38f1952cb693adf8ea7ce9193c395Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasında Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.
Dövlət başçısı sonra ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə “Dostluq” ordeni təqdim edib.

ISESCO-nun baş direktoru isə çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlət başçısına minnətdarlığını bildirib.

Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə “Savadlılıq” mükafatı təqdim edilib.

Daha sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, bu gün Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər. Tədbir “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Gündəm, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti