www.sinerjipro.net

SinerjiProWide
Reklam

ilham eliyev sammit cixisXəbər verdiyimiz kimi, hazırda Türkiyənin İstanbul şəhərində Ümumdünya Humanitar Sammiti keçirilir.

Sammit 23-24 may tarixlərində davam edəcək. Sammitdə dünyanın 177 ölkəsindən nümayəndə, o cümlədən 65 dövlət və hökumət başçısı iştirak edir.

Prezident Ərdoğan və digər ölkələrin liderləri, sammitin ilk proqramı olaraq birgə nahara qatılıblar. Sammit mətbuata qapalı keçirilir.

AzVision.az xəbər verir ki, proqrama əsasən sammitin rəsmi açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək. Ondan sonra Almaniya kansleri Angela Merkel çıxış edəcək.

Azərbaycan prezidenti İlham Əliyevin də sammitdə çıxış edəcək. Proqrama əsasən ölkə başçısı Almaniya, Küveyt, Mali, Gürcüstan, Makedoniya təmsilçisi və Roma Papasından sonra çıxış edəcək.

Qeyd edək ki, sammitin bugünkü hissəsində 90 ölkənin nümayəndəsi çıxış edəcək.

Məlumat üçün bildirəm ki, sammitə Almaniya kansleri Angela Merkel, Ukrayna prezidenti Pyotr Poroşenko, Küveyt əmiri Sabah al- Əhməd əl- Caber əs-Sabah, Niderlandrın baş naziri Mark Rutte, Livanın baş naziri Tammam Salam, habelə Bolqarıstanın baş naziri, Səudiyyə Ərəbistanının xarici işlər naziri, Nigeriyanın, Qırğızıstanın, Madaqaskarın, Makedoniyanın, Çernoqoriyanın, Rusiyanın, Yəmənin və digər ölkələrin liderləri, hökumət başçıları da qatılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 78
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."