yenicag.az
yenicag.az

İlham Əliyev İsveçrə prezidentini təbrik etdi

İlham Əliyev İsveçrə prezidentini təbrik etdi

Müəllif: Redaktor

Editor

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder Ammana təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə İsveçrə arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli və dinamik şəkildə inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti