!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev İsveçrəyə gedir

!Reklam – Yazi

jj4Azərbaycan prezidenti İlham Əliyev gələn həftənin əvvəlində İsveçrənin Davos şəhərində işə başlayacaq Dünya İqtisadi Forumunda iştirak edəcək.

Bu haqda Türkiyənin “Habertürk” qəzeti yazıb.

Davos forumu bu dəfə “Dördüncü sənaye inqilabı” devizi altında keçiriləcək. Forumda dünyanın 100-dən artıq ölkəsindən 2500-ə yaxın qonaq, o cümlədən prezidentlər, baş nazirlər, iri korporasiyaların rəhbərləri iştirak edəcəklər.

Forumda Azərbaycan prezidenti ilə yanaşı ABŞ vitse-prezidenti Cozef Baydenin, dövlət katibi Con Kerrinin, Böyük Britaniyanın baş naziri Devid Kemeronun, Kanada baş naziri Jastin Trudeaunun, İran xarici işlər naziri Cavad Zərifin, Yunanıstan baş naziri Aleksis Tsiprasın və digər dövlət rəsmilərinin də iştirakı təsdiqlənib. Habelə Türkiyənin baş naziri Əhməd Davudoğlu Londona bu gün başlayan səfərini başa vurandan sonra Davos forumuna qatılacaq.

Azərbaycan prezidentinin indiki situasiyada Davos forumunda iştirakı xüsusi önəm daşıyır. Belə ki, bu forum Azərbaycana xarici investisiyaların cəlb edilməsinə yönəlmiş danışıqlar üçün mühüm fürsətdir. Manatın devalvasiyası və neftin ucuzlaşdığı bir vaxtda Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaları cəlb etməsi indi daha vacib məsələ kimi gündəmdə dayanır.(virtualaz)

www.yenicag.az

701
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv