!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Kuba və Sudan rəhbərlərini təbrik edib

!Reklam – Yazi

 

ilham_aliyev_main__221216_1Prezident İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusaya təbrik məktubu göndərib.

Yeniçağ.Az xəbər verir ki, təbrikdə qeyd edilib: “Hörmətli cənab Sədr, Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Dövlət başçısı Sudan Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirə də təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Sudan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Sudan xalqına sülh və rifah diləyirəm”.

Yeniçağ.Az

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv