ilham-aliyev-(1)Azərbaycan Prezidenti İlham Əliyev Belarus Pezidenti Aleksandr Lukaşenkonu təbrik edib.

Təbrikdə deyilir:

“Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Belarus xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan və Belarusu tarixən təşəkkül tapan dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, bizim hərtərəfli əməkdaşlığımız bu gün də dinamik inkişaf edir, Azərbaycan ilə Belarusun çoxplanlı qarşılıqlı fəaliyyətinə hər cəhətdən kömək edir.

Əminəm ki, xalqlarımızın maraqları, ölkələrimizin inkişafı naminə birgə səylərimiz Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə yönələcək.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət, dost Belarus xalqına isə sülh və firavanlıq arzu edirəm”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 63
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."