www.sinerjipro.net

SinerjiProWide
Reklam

ilham_eliyevAzərbaycan prezidenti İlham Əiiyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı məktubu göndərib.

Yenicag.az-ın məlumatına görə, məktubda deyilir: “Qahirə şəhərində törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."