!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev müraciət etdi

!Reklam – Yazi

????????????????????????????????????

Sentyabrın 30-da Rusiyanın Yekaterinburq şəhərində VI Rusiya-Azərbaycan Regionlararası Forumu öz işinə başlayıb. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətini oxuyub.

Dövlət başçısı forumun işinə başlaması münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, bu forum cari il Azərbaycanın ənənəvi sıx ticari-iqtisadi əlaqələri olan Sverdlovks vilayətinin inzibati mərkəzi sayılan Yekaterinburqda keçirilir.

Müraciətdə deyilir: “Regionun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən çoxsaylı Azərbaycan diasporunun nümayəndələri əlaqələrin qorunması və möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”.

Azərbaycan Prezidenti bildirib ki, regionlararası forumlar qısa zaman kəsiyində həyat qabiliyyətini və səmərəliliyini göstərdi: “Regionlararası forumlar haqlı olaraq birgə fəaliyyət üçün mövqelərin əlaqələndirildiyi və səylərin birləşdirildiyi, işgüzar əlaqələrin qurulduğu və onların genişləndirmə perspektivlərinin müzakirə edildiyi ehtiyac duyulan məkan hesab edilir. Başqa sözlə, bu görüşlərdə Azərbaycan Respublikası və Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı mənfəətli əlaqələr qurmağa imkan verən konstruktiv və açıq dialoq aparılır”.

Müraciətdə vurğulanır ki, forumun formatı ticari-iqtisadi və sərmayə tərəfdaşlığından başlayaraq humanitar sahədə qarşılıqlı əlaqələrədək bir çox məsələləri nəzərdən keçirməyə imkan verir: “Cari tədbir çərçivəsində hər iki tərəfdən tələbələr, gənc alimlər və sahibkarların iştirakı ilə ayrıca “dəyirmi masa”nın təşkil edilməsi sevindirici amildir. Bu cür dialoq platforması təkcə əməkdaşlığın daha səmərəli forma və istiqamətlərinin axtarışına kömək etmir, həm də gənclər arasında yeni dost və həmfikirlərin qazanılmasına xidmət edir.

Sirr deyil ki, dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin inkişafının perspektivləri yüksək intellektə və kommunikabelliyə malik indiki gənc nəsildən asılıdır. Azərbaycan-Rusiya əlaqələrinin müasir vəziyyətini qiymətləndirərək məmnunluqla qeyd etmək olar ki, birgə səylər sayəsində onlar strateji tərəfdaşlıq səviyyəsinə çatıblar”.

İlham Əliyev əmin olduğunu bildirib ki, forum inteqrasiya proseslərinin dərinləşməsinə və iki ölkənin bundan sonra da yaxınlaşmasına yeni təkan verəcək. Prezident forum iştirakçılarına işlərində uğurlar və qarşıya qoyulan məqsədlərə çatmağı arzu edib.(AzərTac)

www.yenicag.az

775
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv