www.sinerjipro.net

SinerjiProWide
Reklam

????????????????????????????????????

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentinini qəbul edib.

Dövlət başçısı San-Marino Respublikasının Kapitan-Regentlərinin birinci Avropa Oyunlarının açılışında iştirakının, onlarla keçirdiyi görüşlərin və aparılan geniş fikir mübadiləsinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Prezident İlham Əliyev əlaqələrimizin inkişafı üçün imkanların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı San-Marino Respublikasının xarici işlər nazirinin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.

San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini səfər proqramının geniş olduğunu dedi. O bildirdi ki, son 2 ay ərzində San-Marinodan iki nümayəndə heyətinin Azərbaycana səfər etməsi ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir(aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 83
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."