Ads by Google

hightechnic
Ads by Google

2015-09-12_124508_700x390Azərbaycan Respublikasının Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda başsağlığı məktubu göndərib.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident, Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərini kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Dövlət başçısı həmçinin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə də başsağlığı məktubu göndərib. Məktubda deyilir:

“Hörmətli cənab Prezident, “EgyptAir” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 121
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."