!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev onları təltif etdi – Siyahı

!Reklam – Yazi

prezidentaaaa2_imzaAzərbaycan prezidenti İlham Əliyev Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar incəsənət xadimi”

Atayev Fəxrəddin Qəhrəman oğlu

“Əməkdar artist”

Əliyev Telman Adil oğlu
Əsədov Çingiz Eynulla oğlu
Qubadov Ceyhun Şahbala oğlu
Şahmuradova Nigar Oqtay qızı
Şahmuradova Viktoriya Aleksandrovna
Talıbzadə Xuraman Səmədağa qızı.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Ağaverdi Ağa Əli oğlu Paşayev “Şöhrət” ordeni ilə təltif edilib.

Eyni zamanda prezident İlham Əliyev İsgəndər Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

 

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv