Yazı İçi 468×60

ilham-aliy7Azərbaycan prezidenti İlham Əliyev Vorkutada mədəndə baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.
Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç, Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Qeyd edək ki, Severnaya” şaxtasında partlayışlar nəticəsində 36 nəfər ölüb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."