İlham Əliyev Ramzan Kadırova tapança göndərdi

Müəllif: Redaktor

Editor

gfAzərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mayın 24-də Qroznıda Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşdə ona hansı hədiyyəni verdiyi məlum olub.

Virtualaz.org xəbər verir ki, hədiyyənin nədən ibarət olduğunu bu gün Ramzan Kadırov özü İntagram-da açıqlayıb.

“Mənim Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüm oldu.

O, mənə Azərbaycan prezidenti İlham Əliyevin adından üzərinə adım həkk olunmuş “Zəfər” tapançasını təqdim etdi. Mən hədiyyəni “Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərə görə” almışam”-Kadırov yazıb.

Çeçenistan rəhbəri bildirib ki, Azərbaycan nümayəndə heyəti ilə danışıqlarda əsas diqqət ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlib.

Xatırladaq ki, Ramiz Mehdiyevin başçılıq etdiyi heyət təhükəsizlik məsələləri üzrə Çeçenistanda keçirilən beynəlxalq toplantıda iştirak edib.

“Zəfər” tapançalarını Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “İqlim” istehsalat birliyi Türkiyə şirkəti ilə birgə istehsal edir. Bu tapançaların sandığı 15 patron tutur.

скачанные файлы


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır