www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bakıda 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi keçirilir.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olub.

Qeyd edək ki, “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə 20 ölkəsini təmsil edən 272 şirkət iştirak edir.

Sərgidə 17 milli və regional stend açılıb. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər var. Sərgidə milli və regional stendlər də iştirak edir. Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgiyə milli, Sloveniya və Stavropol vilayəti isə regional stendlə qatılıb.

Bu il ilk dəfə olaraq Kolumbiya və Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə bu ölkələr öz turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirir. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətləri də var.

Aprelin 6-8-də Bakı Ekspo Mərkəzində təşkil olunacaq “AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgisi də keçirilir.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."