www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa başsağlığı verib.

Yenicag.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Las-Veqas şəhərində keçirilən musiqi festivalı zamanı insanların qəddarcasına atəşə tutulması nəticəsində çoxsaylı tələfat və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Qeyd edək ki, Las-Veqasda musiqi festivalının iştirakçılarına atəş açılması nəticəsində 50-dən çox insan həlak olub, 400-dən çox insan yaralanıb. Hadisəni törədən Las-Veqas sakini polislə atışmada öldürülüb.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1472
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."