İlham Əliyev və xanımı Türkiyədədir(Yenilənib)

İlham Əliyev və xanımı Türkiyədədir(Yenilənib)

Müəllif: Redaktor

Baş Redaktor

1460543181133378662_1000x669Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.

AzVision.az xəbər verir ki, İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

***

Bu gün Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə rəsmi səfər edəcək.

AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə İstanbulda Mabeyn iqamətgahında görüşəcək.

Məlumata görə, dövlət başçıları arasında görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

Qeyd edək ki, İstanbulda aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı keçiriləcək.

Gündəm, Manşet, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti