İlham Əliyev Veyonis ilə təkbətək görüşüb

İlham Əliyev Veyonis ilə təkbətək görüşüb

Müəllif: Redaktor

Editor

Latviya prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya prezidenti Raymonds Veyonis Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya prezidenti Raymonds Veyonisə təqdim olunub.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Azərbaycan prezidenti İlham Əliyev “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra hədiyyələr təqdim edilib.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yenicag.az

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti