yenicag.az

İlham Əliyev Xorvatiya Prezidenti ilə görüşdü

İlham Əliyev Xorvatiya Prezidenti ilə görüşdü

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

İlham Əliyev Londonda Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

İlham Əliyev “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirilib. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində, enerji, nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsində qarşılıqlı maraq ifadə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev böyük İpək Yolu və “Cənub” qaz dəhlizi layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb.

Söhbət zamanı birgə layihələrin reallaşdırılması ilə bağlı qarşılıqlı razılığın əldə edilməsinə dair fikir mübadiləsi aparılıb.

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti