!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev yenilənmiş dövlət büdcəsini təsdiqlədi

!Reklam – Yazi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanunu təsdiqləyib.

Yenicag.az xəbər verir ki, dəyişiklikdə deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır: “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2042) aşağıdakı dəyişikliklər edilsin:

1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 766 000,0 min manat, xərcləri 17 941 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 16 119 015,0 min manat, yerli gəlirləri 646 985,0 min manat, mərkəzləşdirilmiş xərcləri 17 219 758,0 min manat, yerli xərcləri 721 242,0 min manat) məbləğində təsdiq edilsin.”

2.5-ci maddədə “4 137 000,0” rəqəmləri “4 257 000,0” rəqəmləri ilə, 2.5.1-ci maddədə “1 639 000,0” rəqəmləri “1 674 000,0” rəqəmləri ilə, 2.10-cu maddədə “454 000,0” rəqəmləri “469 000,0” rəqəmləri ilə, 2.19-cu maddədə “353 000,0” rəqəmləri “429 000,0” rəqəmləri ilə, 2.20-ci maddədə “90 000,0” rəqəmləri “140 000,0” rəqəmləri ilə əvəz edilsin.

3.1-ci maddədə “261 000,0” rəqəmləri “297 000,0” rəqəmləri ilə, 3.1.8-ci maddədə “67 300,0” rəqəmləri “103 300,0” rəqəmləri ilə əvəz edilsin.

6.2-ci maddədə “Azərbaycan Respublikasının Dövlət Neft Fondundan daxilolmalar,” sözlərindən əvvəl “Mərkəzi Bankın mənfəətindən ayırmalar” sözləri əlavə edilsin.

Yenicag.az

www.yenicag.az

755
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv