İlham Əliyevə Davos fəxri üzvlər klubunun nişanı təqdim olunub

Müəllif: Redaktor

Editor

12626015_1254840997876621_269703157_nAzərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabla görüşüb.

Söhbət zamanı Dünya İqtisadi Forumunun əhəmiyyəti qeyd edilib, Azərbaycanın bu mötəbər tədbirdə fəal və davamlı iştirakı məmnunluqla vurğulanıb.

Həmçinin “İpək Yolu” layihəsinə dair məsələlər müzakirə olunub, hazırkı dövrdə regional və beynəlxalq aləmdə neftlə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə K. Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını prezident İlham Əliyevə təqdim edib.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir