yenicag.az

“İlham Əliyevə heyran oldum…” – Hollivud ulduzu

“İlham Əliyevə heyran oldum…” – Hollivud ulduzu

Müəllif: Redaktor

Editor

IMG_2982– Azərbaycana xoş gəlmisiniz, artıq ikinci dəfədir ki, bura gəlirsiz. Sizi ölkəmizdə yenidən görməyimizə şadıq. Bir neçə gün sorna Bakıda baş tutacaq konsertiniz və “Natiq” ritm qrupu ilə birgə işinizlə bağlı bizə məlumat verməyinizi xahiş edirik.

– Mən çox xoşbəxtəm ki, burdayam. Bakıya gələndə əslində bir xəyalım var idi ki, milli musiqiçilərlə bir layihə həyata keçirim, əsasən də nağara ifaçısı ilə. Və mən çox şanslıyam ki, Azərbaycanın ən yaxşı və tanınmış nağara ustası ilə bir səhnədə konsert vermək imkanı əldə etdim. Başqa tərəfdən blüz elə bir sənət növüdür ki, dünyada çox az sayda adamın bu musiqi haqqında məlumatı var.

Blüz musiqisi Robert Conson kimi insanlardan sonra tanınmağa başladı. Bu musiqinin ən məşhur əfsanələri, məsələn, Hubert Sulim, Adam Collins Howlin Wolf – onların hamısı bu yaxınlarda dünyalarını dəyişib. Mənim bəxtim gətirib ki, onlarla bir mühitdə böyümüşəm və onlarlara eyni zamanda blüzü ifa etmişəm. Bu konsertdə blüz musiqisinin ontologiyası və hekayəsi əksini tapacaq. Mən bu musiqiylə yaşamağı və onu gələcəkdə də yaşatmağı istəyən biriyəm.

– Bu dəfə Heydər Əliyev Mərkəzində konsert verəcəksiniz. Heydər Əliyev Mərkəzi və Bakı haqqındakı təəssüratlarınızı bölüşmənizi istəyirik.

– Əlbəttə ki, Heydər Əliyev Mərkəzi müasir memarlığın ən gözəl incilərindən biridir. Həqiqətən, çox möhtəşəm bir yerdir. Mərkəzin Auditoriumunun akustikası isə həyatımda gördüyüm ən gözəl akustikadır və bu da burda çıxış etməyimin ən əsas səbəblərindən biridir.

Azərbaycan, Bakı mənim çox sevdiyim ölkə və şəhərlərdən biridir. Burada çox yaxın dostlarım var, hansı ki onları öz ailəm hesab edirəm. Və bura hələ çox gəlməyi planlaşdırıram. Azərbaycanda musiqiylə məşğul olmağı və «marshal arts» və aykidoya öz töhfələrimi vermək istəyirəm.

– Bakıdan gedərkən burdan hansı suvenirləri aparacaqsız? Və siz simli alətlərdə ifa edirsiz, nə vaxtsa Azərbaycanın milli simli alətlərində ifa etməyi düşünürsüzmü?

– Azərbaycan musiqi alətlərində ifa etməyi çox istərdim və hazırda az da olsa nağarada ifa edə bilirəm. Mən öncə Azərbaycan simli çalğı alətlərini əldə etməliyəm və daha sonra onlarda ifa etməyi oyrənməliyəm. Suvinirlərlə bağlı isə heç bir fikrim yoxdu və bu, mənə hədiyyə olunan suvenirlərdən asılı olacaq.

– Bakıda sizi əsas heyran edən?

– Prezident… O, məni heyran etdi, çünki onun mənəviyyata baxışı tam fərqlidir. Və mən Azərbaycan prezidenti ilə tanış olduğum üçün çox xoşbəxtəm. Sünni və şiə müsəlmanların eyni məsciddə ibadət etmələri, bir-birindən çox da uzaq olmayan xristian kilsələri və yəhudi sinaqoqları, hamının bir-biri ilə dil tapması çox xoşuma gəldi. Məncə, bura yer kürəsindəki ən yaxşı şəhərlərdən birdir.

– Sizin iştirakınızla hər hansı bir filmin Bakıda çəkilişi gözlənilirmi?

– Bəli, bu barədə fikirləşmişəm və qısa metrajlı da olsa bir film çəkməyi planlaşdırıram.

– Keçən səfər zamanı qeyd etmişdiniz ki, Azərbaycan prezidenti İlham Əliyevdən Azərbaycanda idmanın inkişafı ilə bağlı iş təklifi almısınız. Sizi bununla bağlı təbrik edə bilərikmi?

– Bəli, prezident İlham Əliyev mənə “marshal arts” və aykidonun Azərbaycanda inkişafıyla bağlı yeni iş təklif edib və mən buna razılıq vermişəm.

Qeyd edək ki, Stiven Siqal dekabrın 16-17-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.(Qafqazinfo)

 

Maqazin, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti