!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevə “İlin islahatçısı” beynəlxalq mükafatı veriləcək

!Reklam – Yazi

8 mart prezident tebrikAzərbaycan prezidenti İlham Əliyevə “İlin islahatçısı” beynəlxalq mükafatı təqdim olunacaq.

AzVision.az xəbər verir ki, bu barədə “Caspian European Club”un (“Caspian Business Club”) sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev deyib.

Bildirilib ki, 2016-cı il noyabrın 30-da Bakıda keçiriləcək IV Beynəlxalq “Caspian Energy Forum – 2016”nın rəsmi açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti, Caspian European Club-un (Caspian Business Club) sədri İlham Əliyevə “İlin islahatçısı” nominasiyası üzrə “Caspian Energy Award” beynəlxalq mükafatı təqdim olunacaq.

“Caspian Energy Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhvəyə görə Caspian Energy-nin oxucu auditoriyasına – siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. “Caspian Energy Award” beynəlxalq mükafatı Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group-un dəstəyi ilə təşkil olunur.

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv