!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevə “Tarix üzrə fəxri professor” diplomu təqdim edildi

!Reklam – Yazi

asda4“Ölkəmizdə iqtisadiyyat inkişaf edir, əlverişli investisiya mühiti mövcuddur”.

Bunu Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 11-də Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun təqdim edilmə mərasimində deyib.

Dövlət başçısı əvvəlcə universitetin rektoru Liu Veylə görüşüb.

Görüşdə ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdiyi bildirilib. Təhsil sahəsində əməkdaşlığın, xüsusilə universitetlərarası əlaqələrin genişləndirilməsinin, tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib. Prezident İlham Əliyevin Çinə dövlət səfərinin ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb. Bu sahədə əlaqələrin xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

Sonra qarşılılıqlı hədiyyələr təqdim olunub.

Universitetin prorektoru İ Cixon mərasimi açaraq bugünkü görüşün ali təhsil ocağının həyatında mühüm hadisə olduğunu deyib.

Rektor Liu Vey çıxış edərək Prezident İlham Əliyevi universitetdə bir daha salamlayıb. O, ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat verib. Çin ilə Azərbaycan arasındakı münasibətlərin tarixindən danışan rektor Azərbaycan Prezidentinə rəhbərlik etdiyi universitetin “Tarix üzrə fəxri professor” diplomunu təqdim etməkdən şərəf duyduğunu bildirib.

Sonra prorektor İ Cixon Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib.

Daha sonra Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu dövlətimizin başçısına təqdim edilib.

Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Dövlətimizin başçısı bu fəxri adın ona verilməsinə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Deyib ki, bu, ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir. Azərbaycanın Çin ilə uzun illərdir uğurlu əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Çinə dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin səmərəli olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün ortaq siyasi iradənin mövcud olduğunu vurğulayıb.

Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın bu sənədlərə məhəl qoymadığını bildirib. Dövlət başçısı Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb, Azərbaycanın da “Vahid Çin” prinsipini dəstəklədiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurlardan danışdı, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkəmizdə iqtisadiyyatın inkişaf etdiyini, əlverişli investisiya mühitinin mövcud olduğunu deyib. Dövlət başçısı əsas məqsədin Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğuladı, müvafiq proqramların həyata keçirildiyini qeyd etdi, ölkəmizdə savadlılığın səviyyəsinin 100 faiz olduğunu deyib. Dövlət başçısı Azərbaycanın regionda sülhün tərəfdarı olduğunu, terrorizmə, ekstremizmə qarşı mübarizə apardığını, ölkəmizin multukulturalizmin mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv