yenicag.az

İlham Əliyevin ABŞ səfəri başa çatdı – Fotolar

İlham Əliyevin ABŞ səfəri başa çatdı – Fotolar

Müəllif: Redaktor

Editor

14595225663861723066_1000x669Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda keçirilən 4-cü Beynəlxalq Nüvə Sammiti başa çatıb.

Sammitin başa çatmasından sonra Azərbaycan prezidenti İlham Əliyev ABŞ-dan ayrılıb.

Qeyd edək ki, sammitin ilk günündə ABŞ prezidenti Barak Obama tədbirdə iştirak edən ölkə liderlərinin şərəfinə nahar ziyafəti təşkil edib. Ziyafətdə iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obama, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və s. ölkə başçıları ilə ayaqüstə görüşü olub.

Prezident İlham Əliyev Ağ Evdə naharda iştirak edib

Həmçinin prezident İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri, ABŞ-ın ticarət naziri xanım Penni Pritzker, ABŞ konqresinin bir qrup üzvü və s. şəxslərlə vacib görüşləri olub. Görüş vaxtı ölkələr arasında münasibətlərin inkişafına və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

31 mart-1 aprel tarixlərində keçirilən, 52 dövlət və hökumət başçısının iştirak etdiyi tədbirdə Azərbaycanı ölkə prezidenti İlham Əliyev təmsil edib. Sammitdə həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ), Beynəlxaslq Polis Təşkilatı (INTERPOL) və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nümayəndələri də iştirak ediblər.

 

Dünya, Manşet, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti