“İlham Əliyevin “G-20” sammitində iştirakı tarixi hadisədir”

Müəllif: Redaktor

Editor

2022c2a4bea1b889e8530fffb05b3341“G-20” sammiti bu ilin ən mühüm hadisələrindən biridir. Bu sammitdə müzakirə olunan məsələlər uzun müddət müəyyən siyasi mərkəzlərin analitik təhlillərinin diqqət mərkəzində olacaq”.

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, dünyada ticarətin 80 faizi bu 20 dövlətin payına düşür: “Bu ilin əvvəlindən dünyada proseslər intensivləşib, gərginləşib. Sammit ərəfəsində Parisdə baş verən terror hadisələri toplantıya diqqəti daha da artırdı. Belə terror aktlarının bütün məsələlərə, proseslərə müəyyən təsiri olur. Bu sammitdə də Paris terroru ilə bağlı məsələ geniş müzakirə olundu”.

O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev sammitə xüsusi qonaq kimi dəvət olunub, tədbirlərin hər birində iştirak edib, nitq söyləyib: “Sammitə dəvət Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. Bu dəvət iki qardaş, tərəfdaş dövlətin beynəlxalq aləmdə gedən proseslərə mühüm təsirinin olduğunu nümayiş etdirir. Azərbaycan prezidenti ilə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Azərbaycanın beynəlxalq, xüsusilə enerji sahəsində əməkdaşlıqda mühüm rol oynadığını qeyd etdi. Azərbaycan dövlət başçısının bu sammitdə iştirakı tarixi hadisədir”.

N. Məmmədov bildirib ki, Azərbaycan prezidenti sammit çərçivəsində keçirilən iclaslarda iqlim dəyişiklikləri, dünya iqtisadiyyatının inkişafı, enerji təhlükəsizliyi, işsizliyin ləğvi, sərmayə strategiyası, qlobal çağırışlar, təhlükəsizlik kimi mövzularla bağlı çıxışlar edib, fikirlərini çatdırıb: “Prezident təhlükəsizliklə bağlı çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını bir daha vurğuladı, Azərbaycan həqiqətlərini topantı iştirakçılarının diqqətinə çatdırdı”(APA).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir