!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin G20-də iştirakı Azərbaycana nə qazandıracaq? – Şərh

!Reklam – Yazi

001Aydın Mirzəzadə: “Azərbaycan artıq dünyada tanınan, qəbul edilən və təcrübəsi öyrənilən nüfuzlu ölkələrdən biridir” 

Azərbaycan ilk dəfə olaraq ən yüksək səviyyədə “G-20”-in Antalyadakı sammitində iştirak etdi. Hətta president İlham Əliyev də çıxış edərək, müxtəlif məsələlərə münasibət bildirdi. Bundan başqa o bir sıra ölkələrin burada olan rəhbərlərilə də təmaslar qurdu. Görəsən, burada iştirakımızın  Azərbaycan üçün hansı əhəmiyyəti vardır?

Sochi, Russia  Sunday, Nov. 15, 2015. (TASS Photo/Mikhail Metzel)

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadənin fikrincə, sözügedən sammitdə Azərbaycanın da iştirak etməsi ölkəmizin dünya miqyasında  nüfuzunun, mövqeyinin daha da güclənməsi baxımından mühüm əhəmiyyətlidir: “Böyük İyirmi”lərin sammiti dünya miqyasında çox əhəmiyyətli bir siyasi hadisədir. Çünki akual məsələlərin müzakirə edilməsi, dünyanın nüfuzlu dövlət rəhbərlərinin bir-birilə görüşərək bir sıra məsələlər barədə ortaq məxrəcə gəlmələri həmin forum çərçivəsində baş verir. Foruma ev sahibliyi edən Türkiyəyə bu dəfə 34 ölkə və beynəlxalq təşkilat rəhbəri gəlmişdi. Onlardan birinin Azərbaycan olması təkcə Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olması demək deyildir. Bu eyni zamanda, Azərbaycanın artan nüfuzu deməkdir. Azərbaycan bundan əvvəl də “Böyük İyirmi”liyin sammitində bir neçə ölkəyə xüsusi dəvət edilmiş qonaq kimi dəvət edilib. Çində keçiriləcək növbəti  sammitdə də ölkəmizin iştirakı tamamilə gözlənilən bir hadisədir. Hesab edirəm ki, Azərbaycanın belə bir forumda iştirakı onun artan nüfuzu, mövqeyinin dünyaq tərəfindən qəbul edilməsidir. Azərbaycanın dövlətçilik prosesində, iqtisadi inkişafda, əhalinin social problemlərinin həllində əldə etdiyi nailiyyətlərə yüksək qiymət verilməsidir. Forumda Azərbaycan prezidenti cənab İlham Əliyevin çıxışı da böyük maraqla qarşılandı. Azərbaycan prezidenti ölkəmizin Ermənistan tərəfindən işğala məruz qalması faktını önə çəkdi. Azərbaycanın anti-terror əməliyyatlarına ilk qoşulanlardan biri olduğunu göstərdi. Ermənistan tərəfindən vaxtilə terrora məruz qaldığımızı, 2 minə qədər vətəndaşımızın öz həyatını itirdiyini diqqətə çatdırdı. Eyni zamanda, forum çərçivəsində iştirakçı ölkə rəhbərlərilə də çoxsaylı görüşlər keçirdi. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan artıq dünyada tanınan, qəbul edilən və təcrübəsi öyrənilən nüfuzlu ölkələrdən biridir”.

ANTALYA, TURKEY - NOVEMBER 15:  (Front row L-R) Senegalese President Macky Sall, Zimbabwe's President Robert Mugabe, Indonesian President Joko Widodo, Mexican President Enrique Pena Nieto, South African President Jacob Zuma, Saudi King Salman bin Abdul Aziz Al Saud, Chinese President Xi Jinping, Turkish President Recep Tayyip Erdogan, US President Barack Obama, Brazilian President Dilma Rousseff, Russian President Vladimir Putin,  South Korean President Park Geun-hye,  Azerbaijani President Ilham Aliyev,  European Council President Donald Tusk, European Commission President Jean-Claude Juncker,  (2nd Row L-R) Malaysian Prime Minister Najib Razak,  Spanish Prime Minister Mariano Rajoy,  Canadian Prime Minister Justin Trudeau, Italian Prime Minister Matteo Renzi, British Prime Minister David Cameron, Australian Prime Minister Malcolm Turnbull, German Chancellor Angela Merkel, Japanese Prime Minister Shinzo Abe, Indian Prime Minister Narendra Modi, Singapore's Prime Minister Lee Hsien Loong, Argentina's Economy Minister Axel Kicillof, French Foreign Minister Laurent Fabius (3rd row L-R) World Trade Organization (WTO) Director-General Roberto Azevedo , International Monetary Fund (IMF) Managing Director Christine Lagarde, Guy Ryder, Director General of International Labour Organisation (ILO), UN Secretary-General Ban Ki-moon, World Bank President Jim Yong Kim, Angel Gurria (L), Secretary-General of Organization for Economic Co-operation and Development (OECD), Bank of England Governor and Financial Stability Board (FSB) Chairman Mark Carney pose for a family photo during the G20 Turkey Leaders Summit on November 15, 2015 in Antalya, Turkey. Volkan Furuncu / Anadolu Agency

Elçin/Yenicag.az

 

www.yenicag.az

652
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv