!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin iştirak edəcəyi konfrans başlayır

!Reklam – Yazi

prezident almaniyaBu gün Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır.

Konfransda ölkəmizi Azərbaycan prezidenti İlham Əliyev təmsil edəcək.

Prezident İlham Əliyevin energetika məsələlərinə həsr olunan panel konfransda çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, təhlükəsizlik üzrə Münhen konfransı fevralın 12-də başlayacaq. Konfrans 3 gün davam edəcək.

Konfransın 30-a yaxın ölkə başçısının qatılacağı gözlənilir. Konfransın bu ilki əsas mövzuları Suriyada müharibə və miqrasiya böhranı olacaq.

Münhen Konfransının əsası 1962-ci ildə alman naşiri Evald fon Klyast tərəfindən NATO-ya üzv ölkələrin “müdafiə nazirlikləri nümayəndələrinin iclası” kimi qoyulub. Hazırda Münhen təhlükəsizlik konfransı dünyanın 40-dan çox ölkəsindən siyasətçilər, diplomatlar, hərbçilər, iş adamları, elm və ictimaiyyət xadimlərini bir araya gətirən beynəlxalq forumdur.

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv