!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin tapşırıqları ilə bağlı Baş Prokurorluqda müşavirə keçirilib

!Reklam – Yazi

59ccbbb48a6f8f57d33205384e6f3b38Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatagörə, Prezident İlham Əliyevin cari il oktyabrın 12-də keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn məsələlərin icrası məqsədilə Baş prokuror Zakir Qaralovun sədrliyi ilə oktyabrın 14-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qurumun fəaliyyətinin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması ilə əlaqədar geniş əməliyyat müşavirəsi keçirilib.

Tədbiri giriş nitqi ilə açan Baş prokuror dövlət başçısı İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqiyə və xalqın rifahının yüksəldilməsinə nail olunduğunu, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafına yönəlmiş islahatların, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirlərinin inamla həyata keçirildiyini diqqətə çatdırıb.

Müşavirədə dövlət başçısının göstərişlərinin icrası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilib.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olmasını vurğulayan Baş prokuror bu sahədə həyata keçirilən institusional və cinayət təqibi tədbirlərinin müsbət nəticələrini bildirməklə mübarizənin kəsərliliyinin daha da artırılmasının vacibliyini xüsusi qeyd edib, Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas zamanı dövlət başçısının korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəliliyinin daha da artırılması, bu sahədə sistem xarakterli islahatların davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi, büdcə vəsaitlərinin israf edilməsinin qarşısının alınması, həmçinin maliyyə və iqtisadi sahədə şəffaflığın tam təmin edilməsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və çoxsaylı əsassız lisenziyaların verilməsi, sahibkarlar qarşısında qanunazidd tələblər irəli sürülməsi kimi neqativ halların aradan qaldırılması istiqamətində daha ciddi mübarizənin aparılması barədə çıxışından irəli gələn vəzifələrin vacibliyini bildirməklə bu sahədə prokurorluq, o cümlədən ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən konkret vəzifələrin icrası tələb edilib.

Əməliyyat müşavirəsində müvafiq idarələrin rəisləri hesabatla çıxış edərək korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılması ilə əlaqədar təkliflərini irəli sürüblər.

Müşavirədə dövlət başçısının göstərişlərinin icrası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilib, korrupsiya hüquqpozmalarının daha çox baş verdiyi sahələrin araşdırılması, onların təhlili və qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə müvafiq işçi qrupların yaradılması, eyni zamanda müxtəlif sahələrdə mütəşəkkil və sistemli xarakter almış korrupsiya cinayətləri törətməkdə olan cinayətkar şəbəkələrin ifşa edilməklə üzvlərinin məsuliyyətə cəlb edilməsi barədə qanunla nəzərdə tutulmuş cinayət təqibi tədbirlərinin qısa müddət ərzində həyata keçirilməsi qərara alınıb.

Bundan başqa, korrupsiyaya qarşı mübarizədə inzibati və cəza tədbirləri ilə yanaşı vətəndaşların ictimai nəzarətin həyata keçirilməsində aktivliyinin artırılması üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi barədə konkret tapşırıqlar verilib.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi göstərişlərin səmərəli və keyfiyyətli icrasının təmin edilməsi məqsədilə Baş prokuror tərəfindən Bakı şəhəri, bütün rayon (şəhər) və ərazi hərbi prokurorlarına korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin və digər dövlət qurumları tərəfindən belə hallara yol verilməsinin qarşısının qəti şəkildə alınması üçün kəsərli təsir tədbirlərinin görülməsi, sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə daxil olmuş müraciətlərin dərhal Respublika Baş Prokurorluğunun rəhbərliyinə məruzə olunması, habelə tabe prokurorların və bütün prokurorluq əməkdaşlarının fərdi məsuliyyət hissinin artırılması ilə əlaqədar rəsmi göstəriş verilib(APA).

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv