“İlham Əliyevlə görüşdən razı qaldım” – Sarkisyan

Müəllif: Redaktor

Editor

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevlə Vyanada keçirilən görüşdən razı qalıb.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə o özü Vyanadan qayıdarkən jurnalistlərə verdiyi açıqlamada məlumat verib. “Məqsədimiz danışıqların dalana dirəndiyi və müharibə etməkdən başqa çıxış yolu olmadığı, yoxsa problemi daha az itkiylə həll etməyin mümkün olduğunu aydınlaşdırmaq idi. Bütövlükdə, mən və həmkarlarım görüşün nəticələrindən razı qaldıq”, -deyə Sarkisyan bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı Azərbaycan prezidenti İlham Əliyev hər hansı problemi hərbi əməliyyatlar yolu ilə həll edilməsi məqsədi güdmədiyini bildirib. Sarkisyan özü də müharibə tərəfdarı olmadığını qeyd edib: “Hadisələrin necə cərəyan etdiyinə baxacağıq. Əlbəttə, bizim istəyimiz nəticənin sülh yolu ilə əldə olunmasıdır”.

Xatırladaq ki, mayın 16-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ABŞ, Fransa və Rusiya nümayəndələri, Minsk Qrupu həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak edib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır