İlham İsmayıl: “Türkiyə MİT-inin Azərbaycandan dəstəyə ehtiyacı yoxdur”

İlham İsmayıl: “Türkiyə MİT-inin Azərbaycandan dəstəyə ehtiyacı yoxdur”

Müəllif: Redaktor

Baş Redaktor

rusiyasefirKeçmiş MTN zabiti Ankarada Rusiya səfirinə qarşı sui-qəsdin səbəbləri ilə bağlı bir neçə ciddi ehtimalın olduğu qənaətindədir.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun dünən Ankarada qətlə yetirilməsi barədə Yeniçağ.Az-a danışan keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl hesab edir ki, bu çərçivədə əsas diqqət diplomata qarşı sui-qəsdin kimin işinə yaradığına yönəlir:

“Açıq görünür ki, səfiri qətlə yetirən keçmiş polis standart kamikadzelər kimi zombiləşdirilmiş şəxs deyil. Onun bu sui-qəsdi həyata keçirənə qədər ciddi hazırlıq keçdiyini düşünmək olar. Qətli törətməzdən əvvəl yaxınlıqdakı oteldə qalması da bu ehtimalı gücləndirir. Qatil səfiri öldürdükdən sonra Hələbdə baş verənlərə görə qisas aldığını deyir. Ancaq onun bu sözləri yayındırıcı niyyət də güdə bilər. Suriyada qırğınlar az qala beş ildir ki, davam edir. İlham İsmayıl ile ilgili görsel sonucuNecə oldu ki, orada baş verənlər bu keçmiş polisə indi təsir göstərib? Başqa bir ehtimal budur ki, o şəxs müəyyən dairələr tərəfindən bu işə təhrik edilib. Diqqət edin, o, səfiri güllələyəndən sonra çox arxayın davranır. Ola bilsin, onu hətta inandırıblar ki, səfiri güllələdikdən sonra sağ-salamat oradan çıxarılacaq. Bax, bu kimi məqamlar çox düşündürücüdür. Ancaq təbii ki, ortadakı versiyalar arasında ən ciddi surətdə nəzərdən keçirilən ehtimal hadisənin Türkiyə-Rusiya münasibətlərinin pozulmasına hesablanmasıdır. Hər halda, fikrimcə, yaxın günlərdə bununla bağlı mühüm detallar üzə çıxacaq”.

İ.İsmayıl əlavə edib ki, indiki şəraitdə Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşlarının yardım üçün Türkiyəyə göndərilməsi barədə çağırışlar olduqca qeyri-ciddi təşəbbüsdür:

“Türkiyənin Milli İstihbarat Təşkilatı kifayət qədər peşəkar, özünü təsdiq etmiş qurumdur, Azərbaycandan dəstəyə ehtiyacı yoxdur. Ona görə də, terrorla mübarizə üçün Azərbaycandan ora mütəxəssis göndərilməsi haqda çağırışlar çox qeyri-ciddi təsir bağışlayır. Bizim xüsusi xidmət əməkdaşlarının öz ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün görməli olduqları çox işlər var – bunlarla normal məşğul olsalar, kifayətdir”.

Araz Zeynalov
Yeniçağ.Az

Dünya, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti