İlhamə Elzadan istədiyi təzminatı artırdı

Müəllif: Redaktor

Editor

ilhameelzaXalq artisti İlhamə Quliyeva Əməkdar artist Elza Seyidcahana qarşı açdığı təzminat davasında tələb etdiyi məbləği artırıb.

Bu barədə İ.Quliyevanın vəkili Tahir Əlirzayev məlumat verib. Onun sözlərinə görə, İ.Quliyeva E.Seyidcahana qarşı qaldırdığı iddia ərizəsində həmkarına 1 milyon təzminat davası açıb: “Elza Seyidcahan çöx böyük yalnışlığa yol verib. O, dövlətin verdiyi adı təhqir edib. Elza Seyidcahan səhvinin qarşılığını bu cür ödəyə bilər”.

T.Əlirzayev vurğulayıb ki, Elza Seyidcahan deputat olsa da, olmasada tələb olunan təzminatı ödəməlidir: “O, ömür boyu işləyəcək və qazandığı pulu İlhamə Quliyevaya ödəyəcək. Başqa yolu yoxdur. Biz məhkəmədən bu pulun alınmasını tələb edəcəcyik”.

Qeyd edək ki, İ.Quliyeva E.Seyidcahanın parlament seçkilərində iştirak edəcəyini eşidəndə onu meymun adlandırıb. E.Seyidcahan isə “Ağıl yaşda yox, başdadır. Azərbaycan bayrağını təhqir edən, məşəli qəlyan adlandıran birini məhkəməyə vermək lazımdır. Mən Şöhrət ordenli “şərəfsiz” olmayacağam” – deyə bildirib. Bundan əsəbiləşən İ.Quliyeva isə bəstəkarı məhkəməyə verib. Bir müddət əvvəl Elzadan yarım milyon təzminat tələb edəcəyini deyən İ.Quliyeva, son anda fikrindən daşınıb və məbləği ikiqat artırıb(aznews).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir