Yazı İçi 468×60

844120addmdmdminAzərbaycanın xalq artisti İlhamə Quliyeva bu saatlarda vəfat edib.

Bu barədə məlumatı Sputnik-in hadisə yerində olan müxbiri də təsdiqləyib.

Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından bildiriblər ki, onlara bu barədə çağırış 2 saat əvvəl daxil olub və onun vəfatı təsdiqlənib. Yaxın dəqiqələrdə xalq artistinin ölümünün səbəbləri açıqlanacaq.

Xalq artistinin yaxınları onun İ.Qutqaşınlı küçəsindəki evinə axışmağa başlayıb.

Qeyd edək ki, İ.Quliyeva son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ən son olaraq adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı. O, özü isə səhhətində yaranmış problemlərə görə keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 75
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."