Ads by Google

hightechnic
Ads by Google

ilhamequliyevaesas9Oktyabrın 15-i, saat 02:00 radələrində xalq artisti, Şöhrət ordenli İlhamə Quliyeva qalmaqal yaşayıb.

“AZƏRFAX”ın əməkdaşı təsadüfən hadisənin şahidi olub.

8-ci mikrorayon ərazisində yerləşən Tenis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu “Hyundai Sonata” markalı avtomobillə, içərisində iki xanım olan “Chevrolet” markalı avtomobil üz-üzə gəlib.

İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib: “Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?” Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib.

İttiham tərəflərindən biri – “Chevrolet”in sərnişini də İlhamə xanımın ona xəsarət yetirmək, bıçaqlatdırmaq istədiyini deyib.

Qarşılıqlı ağır ittihamlarla müşahidə olunan mübahisə zamanı hər iki tərəf “102” polis xidmətinə zəng edib.

Məhz bundan sonra tərəflər hadisə yerindən uzaqlaşıblar.

Məsələni araşdırırıq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.