İlhamə Quliyeva mirasını əsgərlərə bağışlayıbmış

Müəllif: Redaktor

Editor

c117827dcb434d781be62e3d9512c6d2_XLÖtən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva mirasının Azərbaycan əsgərlərinə xərclənməsini vəsiyyət edib.

Bu barədə AzVision.az-a tanınmış teleaparıcı Elgiz Əkbər məlumat verib. Onun sözlərinə görə, İ.Quliyeva ölümündən bir ay öncə onu yanına çağıraraq vəsiyyət edib.

“İlhamə xanım məni yanına çağırdı və vəsiyət elədi ki, öləndən sonra onun var-dövləri Azərbaycan ordusunun hesabına köçürülsün. Sonra dedi ki, məni anamın yanında dəfn edərsiniz və üzümə anamın qırmızı yaylığını örtərsiniz. İlhamə xanım bundan başqa yas mərasiminin keçirilməsi ilə bağlı istəklərini dilə gətirdi. O, məndən xahiş elədi ki, bu vəsiyyəti mətbuat vasitəsilə bütün Azərbaycana çatdırım”.

Elgiz Əkbər xalq artistinin rəsmi formada vəsiyyət yazmasından xəbərsiz olduğunu bildirib:

“Bu barədə xəbərim yoxdur. Mən sadəcə xalq artistinin dedklərini bildirdim. Oğlu Orxanın vəsiyyətə necə münasibət göstərəcəyi haqqında heç nə deyə bilmərəm. Mən onunla bu barədə məsləhətləşməmişəm. Çünki İlhamə xanım oğlu ilə bağlı mənə heç nə demədi”.

Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva ötən gün 73 yaşında dünyasını dəyişib.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır