yenicag.az

İlhamə Quliyevanın son – Videosu

İlhamə Quliyevanın son – Videosu

Müəllif: Redaktor

Editor

jjjjBu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın ötən gün çəkilən videosu sosial şəbəkələrdə paylaşılıb.

Dağıstanın əməkdar artisti Xurşida İsmayılova Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişindən sonra xalq artistini ziyarət edib. Ziyarət zamanı İlhamə Quliyeva əməkdar artistə üzük hədiyyə verib.

Həmin görüntüləri prodüser Tarix Əliyev ( Tolik ) instaqramda paylaşıb. Prodüser bildirib ki, primadonna onun məclisində iştirak edən zaman üzümdən zəhərləndiyini deyib:

“Bu video İlhamə xanımın evində çəkilib. Çox qəribədir, deyirlər ki, özünü pis hiss etmirdi. Allaha qurban olum. Mehribanın (keçmiş köməkçisi Mehriban Hüseynova) ahı tutdu. Axırı ölüm oldu. İndi prokurorluq bu işlə ciddi məşğul olar. Lazım olan adamlar da cəzasını alar. Əgər günahı yoxdursa, bu başqa məsələ… Aylarla xəstəxanada yatdı. Mənim məclisimə gələndə üzümdən zəhərləndiyini demişdi. Amma mahnı da oxudu”.

Qeyd edək ki, Tolikin bəhs etdiyi məclis fevralın 21-i baş tutub.

Maqazin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti