yenicag.az

İlhamə Quliyevanın yalanının üstü açıldı…

İlhamə Quliyevanın yalanının üstü açıldı…

Müəllif: Redaktor

Editor

timthumb (2)Xalq artisti İlhamə Quliyeva modern.az saytının “Bakının məşhur qonaqları” rubrikasında Türkiyənin tanınmış sənətçisi Emel Sayının Azərbaycana gəlməsi açıqlama vermişdi. O, müğənninin Bakıdakı konsertindən danışarkən bildirmişdi ki, Emel Sayın onların ailəsinin də qonağı olub və anası Tükəzban xanım ona milli xörəklərimizi hazırlayıb.

Lakin İlhamə Quliyevanın bu fikirləri birmənalı qarşılanmayıb.

İctimai xadim, Sara Qədimova irsinin araşdırıcısı Çingiz Fərəcov açıqlamasında bu faktın yalan olduğunu bildirib.

O qeyd edib ki, Emel Sayın o zamankı Lenin adına Sarayda konsert verərkən ilk sırada Zeynəb Xanlarova, Sara Qədimova, Şövkət Ələkbərova oturub və onların adları çəkilərkən hər 3 sənətkar müğənniyə gül dəstəsi verib və onunla birlikdə şəkil çəkdiriblər:
“Amma o zaman İlhamə Quliyevanın Emel Sayına yaxın gəldiyini görmədim. Gərək düzgün məlumat versinlər. Tükəzban xanım Emel Sayınla birlikdə olubsa, bir şəklini versin. Onda hər şey aydın olacaq. İlhamə Quliyevanın və Tükəzban xanımın əleyhinə bir söz demirəm, amma Emelin onların evlərinə getməsinə heç cür inan bilmirəm. Yadımdadır ki, Zeynəb Xanlarova Emel Sayını qonaq çağırmaq istəyirdi. Dövlət Təhlükəsizlik Komitəsi o vaxtı icazə vermirdi, amma Emel Sayının onlara gedib-getmədiyini bilmirəm. Sara xanım da onu qonaq çağırmaq istəyirdi, mənə dedi ki, ona çox icazə vermirlər”.

Emel Sayın Azərbaycana 1970-ci illərdə gəlib və Bakıda 21 konsert proqramı ilə çıxış edib(azinforum).

Maqazin, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti