“İlhaməni oğlu Orxan öldürüb” – Sensasion iddia

Müəllif: Redaktor

Editor

244663Mərhum Xalq artisti İlhamə Quliyevanın dayısı oğlu, müğənni Əli Mirəliyev yenidən qalmaqallı açıqlamalar verib.

Yenicag.az-ın məlumatına görə, o, həftə.az saytına müsahibəsində İ.Quliyevanı öldürən şəxsin oğlu Orxan Nadirov olduğunu deyib.

“Orxanın anası Lalə, atası Əhmədağa, soyadı da Nadirovdur. İlhamənin ümumiyyətlə, ona aidiyyəti yoxdur. Sadəcə olaraq, İlhamə sağ olanda onu şou xatirinə ora-bura aparıb öz oğlu kimi qələmə verirdi. Siz jurnalistlər çox şeyi bilmirsiniz. Orxan beş-on şou-biznes adamını, jurnalistləri başına yığıb, onlar da bunu dəstəkləyirlər. Orxanı İlhamənin oğlu kimi qələmə verirlər. Ümumiyyətlə, İlhamənin uşağı yoxdur. Ona baxan mənim qızım olub. Bacısı oğlu Eldar İsmayılov, bacıları İradə, Gülbahar… İlhamənin əsl doğmaları, etibar etdiyi, inandığı bu adamlardır. Nə Orxan, nə də ki, onun ailəsi yaxın on beş ildə İlhamənin çevrəsində olmayıblar. Sadəcə olaraq, bir-iki dəfə şou xatirinə çıxıb dedi ki, Orxan mənim oğlumdur. Sonra da Orxan bir-iki səhv etdi, İlhamə xanımı şantaj etdi, dedi ki, məndə sənin səsyazman var. Şantaj edirdi İlhamə xanımı, əvəzində pul alırdı. İlhaməni öldürən Orxandır, bilirsiniz. Onun ölümünə səbəb olan şəxs Orxan Əhmədağa oğlu Nadirovdur. Onun gördüyü işlərin sayəsində… Çox işlər görüb Orxan. Ona pul atıb, bundan pul alıb. Bilirsiniz, çox şeylər var. Məhkəmədə hamısı üzə çıxacaq”, – deyə Ə.Mirəliyev bildirib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır