İlhamənin həbsdəki köməkçisinin əri baş prokurora müraciət etdi-ŞOK

Müəllif: Baş Redaktor

Baş Redaktor

ilhamamamamMüğənni İlhamə Quliyevanın hazırda həbsdə olan keçmiş köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova məktub ünvanlayıb.

T.Hüseynov məktub vasitəsilə Baş prokurordan M.Hüseynova barəsindəki istintaq işinin nəzarətə götürülməsini xahiş edib: “Sizə artıq üçüncü dəfədir ki, ərizə ilə müraciət edirəm. Mənim heç bir arxam və köməyim yoxdur. Mən Azərbaycan Respublikası dövlətinə, cənab prezidentə və sizə güvənirəm. İlhamə Quliyeva və onun havadarları mənim həyat yoldaşımı əsassız və qanunsuz tutublar və onu uzunmüddətli (6 ildən 12 ilədək) azadlıqdan məhrumetmə cəzasına məhkum etdirmək istəyirlər. Xahiş edirəm ki, mənim ərizəmin araşdırılmasını şəxsən öz nəzarətinizə götürəsiniz.

İlhamə Quliyeva öz təxəyyülündə canlandırdığı və həqiqətdə olmayan hadisələri öz ərizəsində ona qarşı hər hansı bir cinayət hadisəsi törədilməsi barədə uydurma arqumentlər yazır və həmin ərizəyə əsasən absurd bir maddə ilə 29, 180.3.2-ci maddəsi ilə cinayət işi başlayıb və mənim həyat yoldaşımı onların sifarişi ilə işləyən məhkəmələr həbs edib. Sizin baş vermiş hadisənin cinayət hadisəsi olub-olmamasına qiymət verməyinizi xahiş edirəm” – deyə T. Hüseynov bildirib.

Mehriban Hüseynovanın həyat yoldaşı iddia edib ki, ibtidai istintaq başlanarkən təqsirləndirilən şəxs ifadəsini polis əməkdaşlarının psixoloji təziqləri əsasında verib: “İlhamə Quliyeva mənim həyat yoldaşım Hüseynova Mehriban Bəylər qızını bıçaqla vuraraq xəsarət yetirib. Bu barədə Mehriban Hüseynova Yasamal RPİ-nin 26-cı polis bölməsinə müraciət edib. Yasamal rayonunda Məhkəmə Tibbi-Ekspertizasınından keçib. Hüseynova Mehribanın sağlamlığıma vurulmuş zərər MTE-nın rəyində sağlamlığa yüngül zərərvurma kimi göstərilib. Həmin material cinayət işinə birləşdirilsə də, İlhamə Quliyevanın barəsində cinayət işi başlanmayıb. İbtidai istintaq başlanarkən həyat yoldaşım izahatı və ifadəsi alınarkən BŞBPİ-də qanunsuz olaraq saxlanılıb və izahatını və ifadəsini psixoloji təzyiqlər əsasında verib. BŞBPİ-nin İstintaq və Təhqiqat idarəsində həyat yoldaşıma edilən təzyiqlərə dözməyərək, verdiyi “etirafedici” ifadə əsasında həyat yoldaşımın barəsində cinayət işi başlanılıb və o, həbs edilib.

 

Qeyd etməliyəm ki, tutulduqdan və barəsində həbs-qətimkan tədbiri seçildikdən sonra Xətai rayon Pİ-nin MSY-də və Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçərkən və həmin vaxt aldığı xəsarətlər MSY-nin və Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən qeyd edilib. Xahiş edirəm Xətai rayon Pİ-nin MSY-də və Bakı İstintaq Təcridxanasına sorğu edilərək, həmin aktlar götürülsün”.

 

T.Hüseynov İ. Quliyevanın evində həyat yoldaşının başına gələnlərdən də bəhs edib: “04.10.2015-ci il tarixdə İlhamə Quliyeva Mehribana zəng edərək, onu evinə çağırtdırdı. Mehriban evə girərkən Kəmalə adlı qadın Mehribanın sifətinə 2 şillə ilə zərbə endirib. Bundan sonra Mehribanın çantasını Vüqar onun əlindən alıb və içərisindən 300 manat pulu götürüb. Bundan sonra Vüqar, Orxan və Kəmalə həyat yoldaşımı soyundurub, başını keçəl qırxmaqla və namusunu ləkələməklə hədələyərək, Mehribandan İlhamənin qarşısında diz çökərək, üzr istəməyə məcbur ediblər. Vüqar və Faiq mənim həyat yoldaşımın İlhamə Quliyevadan üzr istəməyini və qarşısında diz çökdüyü səhnəni videoya çəkib, sonradan internet saytlarında yerləşdiriblər. Bununla da onun razılığı olmadan videoya çəkərək, onun Konstitusion hüquqlarını pozublar. Həmin gün həyat yoldaşımın azadlığını məhdudlaşdıraraq, İlhamə Quliyeva, Vüqar, Orxan, Faiq və Kəmalə qanusuz olaraq, axşama kimi İlhamə Quliyevanın evində saxlayıblar”.

T.Hüseynov baş prokurordan M.Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqalığı ilə əvəz edilməsini və onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edib: “Sizdən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına, araşdırılan cinayət işi üzrə verdiyim ərizə əsasında göstərdiyim xüsusatların yoxlanılmasına, həyat yoldaşımın xəsarət alması ilə bağlı Yasamal RPİ-nin 26-cı Polis Bölməsində toplanmış material əsasında Quliyeva İlhamə Məzahir qızının barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmasına, Hüseynova Mehribanın qanunsuz olaraq, azadlığının məhdudlaşdırılması epizoduna hüquqi qiymət verilməsinə, Mehribanın BŞBPİ-də 07.10.2015-ci il tarixdən 08.10.2015-ci il tarixədək qanunsuz olaraq, saxlanılmağına hüquqi qiymət verilməsinə, həmin günə aid BŞBPİ-nin inzibati binasında olan video görüntülərin götürülməsinə, Mehriban Hüseynova ilə İlhamə Quliyeva arasında əmək müqaviləsi bağlanmadan onun yanında işləməyi ilə bağlı müvafiq araşdırma aparılmasına, DSMF-na və Dövlət Əmək Müffətişliyi Xidmətinə sorğular verilməsinə və həmin epizoda hüquqi qiymət verilməsinə, Hüseynova Mehriban Bəylər qızının barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqalığı ilə əvəz edilməsinə və həyat yoldaşım Hüseynova Mehriban Bəylər qızı barəsində olan cinayət işinin icraatına xitam verilməsinə göstəriş verməyinizi xahiş edirəm”. (musavat.com)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır