yenicag.az
yenicag.az

İlin ən yaxşı məşqçisi müəyyənləşib

İlin ən yaxşı məşqçisi müəyyənləşib

Müəllif: Redaktor

Editor

mesqciBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2016-cı ilin ən yaxşı məşqçisinin adını açıqlayıb.

Yeniçağ.Az AZƏRTAC-a istinadən xəbər verir ki, keçirilən sorğunun nəticələrinə əsasən, qalib 199 səslə Portuqaliya yığmasının çalışdırıcısı Fernando Santos olub. Belə ki, 62 yaşlı portuqaliyalının rəhbərliyi altında milli komanda son Avropa çempionatında baş mükafata yiyələnib.

Siyahıda ikinci yeri 71 səslə İslandiya millisinin isveçli baş məşqçisi Lars Laqerbark tutub. Almaniya yığmasının baş məşqçisi Yoahim Löv isə 62 səs toplayaraq ilk üçlüyü qapayıb.

Yeniçağ.Az

İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti