yenicag.az
yenicag.az

“İlk baxışda nə qədər ağlasığmaz görünsə də…” – Leyla Əliyeva

“İlk baxışda nə qədər ağlasığmaz görünsə də…” – Leyla Əliyeva

Müəllif: Redaktor

Editor

D7FA6F1B-F759-4907-8C1F-2312917E8A78_mw1024_s_nRusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “AMOR” jurnalının yeni nömrəsi çapdan çıxıb.

Jurnalın baş redaktoru Leyla Əliyeva “Hər şey ideyadan başlayır…” sərlövhəsi ilə məqalə yazıb. Leyla Əliyeva hesab edir ki, “heç bir cəsarətli layihə onun əsasını təşkil edən, gerçəkləşməsinin təməli olan parlaq fikirsiz baş tuta bilməz”. Onun fikrincə, ideya çoxdankı arzudan da doğa bilər, tamamilə təsadüfən də ağla gələ bilər, yaxud uzun sürən tədqiqatların nəticəsi, birgə işin bəhrəsi ola bilər.

Leyla Əliyeva yazır: “Amma əgər ideya yaranıbsa, hətta ilk baxışda nə qədər ağlasığmaz görünsə belə, onu əldən verməmək, ona möhtəşəm, bəlkə də bizi dəyişdirəcək, hətta bütün dünyaya təsir göstərəcək nəyəsə çevrilmək şansı vermək lazımdır”.

Müəllif hesab edir ki, “ola bilsin, Azərbaycanda qlobal tədbirlər – “Eurovision”, Olimpiya səviyyəli idman yarışları, irimiqyaslı beynəlxalq forumlar keçirmək fikri də əvvəlcə çətinliklə həyata keçirilə biləcək tədbirlər kimi görünürdü. Amma hamımız birlikdə bunun öhdəsindən mükəmməl gəldik, gələcək üçün də yüksək plankalar müəyyən etdik”.

Leyla Əliyeva qeyd edir ki, “AMOR” jurnalının yeni nömrəsinin səhifələrinin çoxu ölkələri dəyişdirən, müəlliflərinə öz adlarını tarixə yazmağa kömək edən, hətta dəfedilməz maneələr ortaya çıxanda belə, yolunu axıradək davam etdirməyə ruhlandıran ideyalara həsr olunub. Hər belə hekayətin arxasında insanlar dayanır. Baş redaktor fikrini belə tamamlayır: “Bizim kimi insanlar. Əgər onlar buna müvəffəq olublarsa, onda nə üçün risk etməyək? Bu cəhd ən pis halda təcrübənizi zənginləşdirəcək. Ən yaxşı halda isə sizin nailiyyətləriniz başqalarına kömək edəcək, elmi irəli aparacaq, kimisə uğurlu ideyalara ruhlandıracaq”.

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti