www.sinerjipro.net

SinerjiProWide
Reklam

107599_res_01Yunanıstan Ali Məhkəməsinin sədri Vasilika Tanu Xristofilu ölkənin keçid hökumətinin başçısı təyin olunub.

BBC-nin verdiyi xəbərə görə, Tanu-Xristofilu ölkə tarixində bu postu tutan ilk qadın kimi tarixə düşüb. Andiçmə mərasiminin ardından onun baş nazir kimi səlahiyyətlərinin icrasına başlayacağı bildirilir.

Tanunun bu vəzifəyə təyin olunması ölkə Konstitusiyasına əsaslanır. Konstitusiyaya görə, baş nazirin istefasından sonra və növbəti seçkilər keçirilənədək Ali Məhkəmənin sədri bu vəzifəni icra etməlidir.

Yunanıstanda növbədənkənar seçkilərin tarixinin isə həftə ərzində ölkə prezidenti Prokopis Pavlopulos tərəfindən elan ediləcəyi gözlənilir.

Ehtimallara görə, seçkilər sentyabrın sonlarında keçiriləcək.

Qeyd edək ki, Aleksis Tsipras hakim “Syriza” partiyasının üzvləri və nazirlərlə görüşündə istefa verdiyini açıqlayıb (APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."