!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlk dondurulan insan 50-ci ilinə keçdi və hazırda onun 123 yaşı var

!Reklam – Yazi

Dünyanın dondurulan ilk insanı James Bedford tam 50 ildir kriogen balonu içində donmuş halda gözləməyə davam edir. Bəs keçmişdə dondurulmuş insanları yenidən həyata qaytarmaq mümkündür mü?

James Bedford adlı ABŞ vətəndaşı, 12 Yanvar 1967-ci ildə 73 yaşında olarkən kriogen balonuna girərək özünü donduran ilk insan olmuşdu.

O gündən bu yana isə tam 50 il keçdi. Böyrək xərçəngi olduğu və müalicəyə cavab vermədiyi üçün ölümü gözləyən Dr. James Bedford, gələcəkdə xəstəliyə çarə tapılacağı və dondurulmuş insanları geri qaytarmağın bir yolunun kəşf ediləcəyi ümidi ilə, öz istəyi ilə kriogen balonuna girmişdi.

James Bedford o gündən bəri rəsmi olaraq ölü qəbul edilir amma tibbi olaraq tam mənası ilə ölü olmadığı bilinir. Orqanları pozulmadan 50 ildir kriogen balonunda buz kəsmiş halda gözləyən Bedford, donmuş insanları orqanlara xəsarət vermədən geri qaytarmağın bir yolu tapıldığında, təkrar həyata qaytarılacaq. Alimlər bu əməliyyatın nəticəsində, Bedfordun orqanlarının yenidən işləməsini ümid edirlər ancaq elm hələki o dərəcədə inkişaf etməyib. Əlavə olaraq Bedfordun oyandırılması üçün böyrək xərçənginə də dəqiq bir çarə tapılmalıdır.

Bedfordu donduran elmi cəmiyyət, bu təcrübə üçün Bedfordu ödənişsiz olaraq dondurmuşdu ancaq daha sonra bu üsul ölümcül xəstələr arasında çox məşhur oldu və varlı amma çarəsiz xəstəliyə tutulmuş bir çox insan, böyük pullar ödəyərək özlərini dondurmuşdu.

Elm, insanları dondurub təkrar həyata qaytarmağı bacara bilsə gələcəkdə bu üsulla uzaq ulduzlara yüzlərlə il davam edəcək səyahətlər keçirəcək kosmik səyyahların ortaya çıxması da gözlənilir.

Yenicag.az

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv