İlk qatar yola düşdü

Müəllif: Redaktor

Editor

108144_res_01Bu gün Bakıdan Sumqayıta ilk işçi qatarı yola düşüb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Qeyd edib ki, ilk işçi qatarı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamenti, Sərnişindaşıma, Rabitə-Siqnalizasiya, Elektrik-Təchizatı Departamentinin əməkdaşları yola düşüb.

Qurum rəsmisinin sözlərinə görə, QSC-nin əməkdaşları yola baxış keçirəcək və çatışmazlıqlara baxacaqlar: “Artıq onlar yola çıxıblar. Yola baxış keçiriləcək və hər hansı bir çatışmazlıq varsa, aradan qaldırılacaq”

Qeyd edək ki, ötən gün Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmiri başa çatıb. Sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində ümumi sayı 8 olmaqla “Stadler Rail Group” şirkətinin 3 KİSS markalı qatarı və Riqadan gətirilən əsaslı təmirdən çıxan 5 qatar istismara veriləcək. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var.

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilmişdi.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işləri tam başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq. Həmçinin Sumqayıt sərnişin stansiyasının köhnə inzibati binasının yerində müasir standartlara uyğun ikimərtəbəli stansiya inşa olunacaq(azvision).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir