ilqarmamedovvNovella Cəfəroğlu: “Dekabrın 31-də olması gözlənilən əfv fərmanı ilə vicdan məhbusları ilə bağlı yaşanan problemin əsasən çözüləcəyini gözləyirəm”

Artıq Azərbaycanda 31 dekabr tarixində əfv fərmanının verilməsi bir ənənə halını alıb. Demək olar ki, hər ilin bu tarixində ölkədə əfv fərmanı verilir və çoxsaylı məhkum azadlığa qovuşur.

Prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bu il də belə bir sərəncamın verilə biləcəyini istisna etməyib:

“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə əfv sərəncamının veriləcəyi istisna edilmir. Hər il olduğu kimi bu ilin sonunda da cənab prezident tərəfindən əfv sərəncamının imzalanması gözlənilir”.

Komissiya üzvü bildirib ki, ölkə başçısının bu il də öz səlahiyyətlərindən istifadə edərək bir qrup məhkumu sevindirəcəyi istisna deyil.

Görəsən, bu əfv sərəncamı verilərsə, nəhəyət ki, vicdan məhbusları məsələsinə birdəfəlik son qoyula bilərmi?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da dekabrın sonunda növbəti bir əfv fərmanının verilə biləcəyinə ümidləri böyükdür. Həmçinin o düşünür ki, bu əfv fərmanı ilə siyasi məhbuslarla bağlı yaşanan problemə də əsasən son qoyula bilər: “Hesab edirəm ki, cari ilin sonunda Həmrəylik Günü münasibətilə əfv fərmanı olacaq. Bu əsasda da vicdan məhbusları ilə bağlı yaşanan problemin əsasən çözüləcəyini gözləyirəm. Bizdə siyasi məhbuslarla bağlı 14 nəfərlik siyahı var.  Ümid edirəm ki, onların hamısı da dekabrın 31-də gözlənilən əfv siyahısına düşə bilərlər”.

Siyasi məhbus kimi tanınan REAL sədri İlqar Məmmədovun adının əhv siyahısına düşüb-düşməyəcəyi isə bəlli deyil. Ancaq Qərbin üzərində dayandığı əsas şəxslərdən biri olan İ.Məmmədovun azadlığa buraxılma ehtimalı da az deyil.

Elçin/Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."