!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlqar Qasımov: “AŞPA üzvlərinə müraciətə imza atmamışam”

!Reklam – Yazi

Yanvarın 16-da bir qrup Azərbaycan QHT təmsilçisi, jurnalist, vəkil tərəfindən Avropa Şurası Parlament Assambleyasına müraciət göndərilib. Müraciətdə AŞPA-nın yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermək hüququnun alınmasına çağırış edilib. Müraciətə imza atanlar sırasında “Hüquqi Yardım” İctimai Birliyinin sədri İlqar Qasımovun da adı göstərilib.

Strateq.az-a açıqlamasında isə İlqar Qasımov bu müraciətə imza atmadığını açıqlayıb. Qeyd edib ki, bu Müraciətdə əks olunan fikirləri bölüşmür. İmza atmadığı halda adını Müraciəti dəstəkləyənlər sırasında qeyd edilməsinin məqsədləri isə ona məlum deyil:

“Yox mən bu müraciətə imza atmamışam. Bu müraciəti mənə Emin Hüseynov göndərmişdi. Məndən xahiş edirdi ki, dəstək verim. Yazdım ona ki, lazım olsa dəstək verərəm. Sonra, tərcümə etdim, baxdım görüdüm ki, mənim dəstək verməyim uyğun deyil. Ona söz verməmişdim ki, mütləq dəstək verəcəyəm. Ona görə nə imza atdım, nə müraciəti bir yana göndərdim. Bu Müraciət poçtumda da qalır. Bu Müraciətlə bağlı heç nə etməmişəm. Bu məsələ ilə bağlı heç bir mənəvi məsuliyyətim yoxdur.

Bu fikirləri bölüşmədim. Bölüşmədiyim üçün də, bu Müraciəti nə Avropa Şurasına, nə də başqa qurum və şəxsə göndərməmişəm.

Yəqin onlar belə hesab ediblər ki, mənim elektron poçtuma göndərməklə, guya ki, məlumatlıyam, dəstək vermişəm. Yəqin ki, onlar öz sıralarını çox göstərmək üçün belə ediblər. Hər halda məqsədləri mənə məlum deyil. Onu bilirəm ki, mən imza atmamışam”.

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv