İmişli rayonunun 2016-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2017-cı ildə qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.

2016-cı ildə ayı ərzində İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 552.699.100 mаnаtlıq məhsul istеhsаl еdilmiş və yа хidmət göstərilmişdir ki, оnun 337.643.000 manatı və ya 61 faizi sənaye, 112.500.500 manatı və ya 20,3 faizi kənd təsərrüfаtı, 37.564.300 mаnаtı və ya 6,9 faizi tikinti, 56.030.800 mаnаtı və 10,1 faizi ticаrət və iаşə, 8.401.400 mаnаtı və ya 1,6 faizi nəqliyyat, 559.100 mаnаtı və ya 0,1 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.
Rayonda aparılan abadlıq və quruculuq işləri:

İmişli şəhəri Heydər Əliyev prospekti, S.Fətəliyev, M.Müşviq, H.Aslanov və Q.İsmayılzadə küçələrinin təmir olunaraq asvalt örtüyü qoyulmuşdur.
2016-cı ilin 12 ayında ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işlərinə 36 saylı yol istismarı idarəsi tərəfindən 871.2 min manatlıq məbləğində iş həcmi yerinə yetirilmişdir. İmişli dolama yolunda 8 km avtomobil yolunun alt qatına asfalt beton qoyulmuşdur. İmişliyə giriş yolunda 0-7 km sahəsində əsaslı təmir işləri aparılmışdır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin, “ASAN” Xidmət Mərkəzinin inzibati binalarının tikintisi nəzərdə tutulmuş, “Azərişıq” ASC-nin İmişli rayonu Elektrik Şəbəkəsinin isə inzibati binasının tikintisinə başlanılmışdır.

Sənаyе məhsullаrının istеhsаlı üzrə:

Rayonumuz əsasən aqrar rayonu olmasına baxmayaraq bu gün İmişli rayonunda sənaye də inkişaf etmişdir. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC, İmişli Brolyer və “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodu stifadəyə verilmişdir.
2016-cı ildə ilkin məlumatlara əsasən 337.643.000 manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövri ilə müqayisədə 2.7 dəfə çox olmuşdur. Bu artım əsasən Şəkər Zavodunun istehsal rejimində işləməsi ilə əlaqədar olmuşdur. İstehsal olunan sənaye məhsullarının 95,7 faizi qeyri-dövlət sektorunun payına düşür. Rayonda iri neft sənaye müəssisəsi olan Aran OİL Operating Companiy 9,6 min ton neft məhsulu istehsal etmiş dövlət sektorunu əhatə etməklə ümumi həcmdə məhsul istehsalının 0,2 faizini təşkil etmişdir. Ümumiyyətlə İmişli Şəkər Zavodu 2016-cı ildə 391.845 ton şəkər tozu istehsal olunmuş, o cümlədən başqa sifarişçiyə məxsus xammaldan 46.100 ton şəkər tozu emal olunmuşdur.

Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:

İmişli rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində torpağın və əmlakın xüsusi mülkiyyətə verilməsi, torpaq istifadəçilərinin əkiləcək kənd təsərrüfatı bitkilərini özləri müəyyən etmələri bu sahədə marağın artırılmasına səbəb olmuşdur. Son illərdə olduğu kimi pambıq və taxılçılıq əsas bitkiçilik sahəsi kimi qalmaqdadır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə 2017-ci ildə 120 min hektar torpaq sahəsindən pambıq əkilməsi ilə bağlı tapşırıq vermişdir. Məlumat üçün bildirirəm ki, bu il İmişli rayonunda 10.000 ha torpaq sahəsində pambıq əkilməsi nəzərdə tutulmuşdur. 2016-cı ildə rayonumuzda 5051 ha pambıq əkilmiş və 10 min tondan yuxarı məhsul toplanmışdır.

2016-ci ildə heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 94.658 başa, qoyunların sayı 256721 başa, quşların sayı isə 1036039 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 728 baş, qoyunlar 3659 baş artmışdır. Ət istehsalı (diri çəkidə) 8438 ton, süd istehsalı 49555,2 ton, yumurta istehsalı isə 100730 min ədəd olmuşdur. 01 yanvar 2017-ci il tarixə kimi 10820 hektar sahədə buğda, 6186 hektar sahədə arpa, 232 hektar sahədə kartof, 326 hektar sahədə bostan, 206 hektar sahədə tərəvəz, 165 hektar sahədə dən qarğıdalı, 5051 hektar sahədə pambıq, 211 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. 2016-ci ilin 12 ayı ərzində 18674 ton arpa, 36788 ton buğda məhsulu istehsal edilmiş və məhsuldarlıq 35,5 sentiner olmuşdur. Həmçinin 12 ay ərzində 2886 ton kartof, 2637 ton tərəvəz, 956 ton qarğıdalı, 6715 ton şəkər çuğunduru, 10173 ton pambıq tədarük edilmişdir. Bu sahədə işlər davam etdirilir.

İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatlarının yaradılması istiqamətində də, müvafiq işlər həyata keçirilmişdir. Belə ki, İmişli rayonu ərazisində 5,0 ha torpaq sahəsində müasir standartlara cavab verən istixananın tikintisinə başlanılmış, hazırda tikinti işləri davam etdirilir. 2 ha torpaq sahəsində isə inşa edilmiş müasir standartlara cavab verən istixana istifadəyə verilmişdir. Rayonda taxılçılğın və pambıqçılığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə daxili və xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 10 min hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, həmçinin, kənd təsərrüfаtı məhsulları istehsalının artırılması üçün “MKT” MMC-yə 3813 ha torpaq sahəsi verilmişdir. Bundan əlavə 10572 hektar torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müraciət olunmuşdur.

Əhalinin sosial müdafiəsi ilə bağlı:

Məlumat üçün bildirirəm ki, cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Dövlət Proqramlarının icrası uğurla icra edilmiş və bunun nəticəsində İmişli rayonunda 2016-cı ildə 757 iş yeri və ümumi isə 23228 iş yeri və açılmışdır. Rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, qəbul olunmuş Məşğulluq Strategiyasının icrasından irəli gələn məsələlərin həlli istiqamətində bundan sonra da işlər görüləcəkdir.

2016-cı ildə gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı sosial yardımların verilməsi təmin edilmiş, 1320 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.

Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı:

2016-cı ilin 12 ayı ərzində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilmiş, yeni güc mərkəzləri yaradılmışdır. Bu müddətdə 220 ədəd müxtəlif güclü 10/0,4 kv-luq transformator cari, 205 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılmışdır. İmişli Elektrik şəbəkəsində Enerji təchizatında problemlərin olduğu ərazilərdə 57 ədəd yeni transformator quraşdırılmışdır.
Hazırda İmişli elektrik şəbəkəsinin Məzrəli və Bəcirəvan kəndlərində podratçı təşkilatlar tərəfindən 10-0,4 kv-luq şəbəklərdə yenidənqurma işləri aparılır, “Bəhrəmtəpə” və “Yeni Bəhrəmtəpə” yarımstansiyalarının yenidən qurulması planlaşdırılır.

Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2016-cı ilin 12 ayında 5282 yeni fərdi ev, 10 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilmişdir. Beləliklə, 30 sentyabr 2016-cı ilə təbii qaz istehlakçıların ümumi sayı: əhali sektoru üzrə 17024 nəfər təşkil etmişdir ki, onlardan 221 nəfərinə yeni Smart tipli məişət qaz sayğacı quraşdırılmışdır. Qeyri-əhali sektoru üzrə isə abonent sayı 88 olmuşdur. Rayonun 30 yaşayış məntəqəsi tam qazlaşdırılması təmin edilmişdir. Hazırda Çahar, Gövhərli, Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlili kəndlərində isə qaz çəkilişi işləri davam etdirilir. Bundan əlavə şəhərin bir neçə küçələrində fərdi qaztəmizləyici, siyirtmə və ŞQTM quraşdırılmış, qaz xətlərində təmir işləri aparılmışdır.
Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 38 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Rayonun 8 kəndində isə modul tipli su təmizləyici qurğularının quraşdırılması planlaşdırılır.

Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 38 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Rayonun 8 kəndində isə modul tipli su təmizləyici qurğularının quraşdırılması planlaşdırılır.
İmişli şəhəri su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində tikinti işləri 2011-ci ilin sentyabr ayından həyata keçirilmişdir. Hazırda İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunmuşdur. Bundan başqa diametri 800 mm olan ümumi uzunluğu 15715 p/metr olan mikrotunelin qazıntısına başlanılmış və 230 ədəd mikrotunel üçün lazım olan şaxtaların 12 ədədinin tikinti işləri aparılmış, lakin 2014-cü ildən bəri kanalizasiya xətlərinin çəkilişi işləri tam dayandırılmışdır.

Təhsil sahəsi üzrə:

İmişli rayonu üzrə 57 tam orta, 3 ümumi orta, 2 ibtidai, 1 peşə təhsil müəssisəsi, 4 məktəbdənkənar, 15 dövlət və 1 özəl olmaqla 16 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Son 10 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası yüksək səviyyədə yaxşılaşmış, 40-a yaxın məktəbin binası yenidən inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur. O cümlədən bu il Məzrəli və Mürsəlli kənd tam orta məktəblərində əsaslı təmir işləri aparılmış, şəhər 2 saylı tam orta məktəbin binasının dam örtüyü dəyişdirilmişdir. Həmin məktəb binaları yeni dərs ilində istifadəyə verilmişdir.
Bundan əlavə 2016-cı ildə Qızılkənd kənd tam orta məktəb binasının tikintisi nəzərdə tutulmuşdur.
Dövlətimizin təhsilə olan qayğısının nəticəsidir ki, son illərdə rayon üzrə ali təhsil müəssisələrinə qəbul olanların sayı hər il əvvəlki illə müqaisədə daha da artır. 2016-cı ildə 248 nəfər ali məktəblərə qəbul olmuşdur ki, bu əvvəlki illə müqaisədə 22 nəfər artıqdır.

Gənclər və idman sahəsi üzrə:

Ötən illərdə olduğu kimi hesabat ilində də rayonumuzda gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi-vətənpərvərlik tərbiyəsi, onların müxtəlif idman növləri ilə məşğul olmaları üçün müvafiq şəraitin yaradılması-ümumilikdə isə gənclərin layiqli vətəndaş kimi formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi olaraq rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır. Hazırda rayon əhalisinin 40.064 nəfərini və ya 32 faizini gənclər təşkil edir ki, onların da istifadəsində 132 idman qurğusu, üç bədən tərbiyəsi-sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən 8500 yerlik bir futbol stadionu və bir Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, eləcə də müasir üslubda inşa edilmiş Uşaq Gənclər Şahmat Məktəbi və digər əyləncə mərkəzləri və idman qurğuları vardır. 2016-cı ilin 12 ayı ərzində İdman və Gənclər İdarəsi tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, “Xocalı faciəsi”, “31 Mart-Azərbaycanlıların Soyqırımı”, “20 Yanvar”la bağlı ədəbi-bədii kompazisiya və anım mərasimləri keçirilmişdir. “2 Fevral-Gənclər Günü” və “Novruz” şənliyi ilə bağlı isə Heydər Əliyev adına parkda tədbirlər keçirilmişdir.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 31
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."